Batumidə Türkiyə vətəndaşı həmyaşıdını bıçaqlayıb
Gürcüstanın kurort şəhəri Batumidə Türkiyə vətəndaşları arasında qanlı insident baş verib.
Xeber.ge xəbər verir ki,
DİN-in Acara Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 1998-ci il təvəllüdlü Türkiyə vətəndaşı D.Ş. yaxalanıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumi şəhərində həmyerlisi, 1981-ci il təvəllüdlü A.F.-yə soyuq silahla (bıçaqla) ağır xəsarətlər yetirib.
Yaralı şəxs dərhal klinikaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib. Hazırda zərərçəkmişin müalicəsi davam edir.
Hüquq-mühafizə orqanları cinayət aləti olan bıçağı maddi sübut kimi götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.
Bu maddə üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.