SEPAH Dimona, Eylat və ABŞ bazalarına zərbə endirdiyini açıqlayıb

Mar 24, 2026 - 10:36
 0  8
SEPAH Dimona, Eylat və ABŞ bazalarına zərbə endirdiyini açıqlayıb

SEPAH Dimona, Eylat və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini bildirib.

Xeber.ge xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumlar gecə saatlarında həyata keçirilən 78-ci raket dalğası çərçivəsində baş tutub.

“Dimonada, Eylatda və regiondakı bəzi ABŞ hərbi bazalarında yerləşən hədəflər çoxsaylı raketlər və pilotsuz uçuş aparatları ilə dəqiq vurulub”, – deyə açıqlamada bildirilib.

Hücum zamanı hansı konkret obyektlərin hədəf alındığı açıqlanmayıb.

mənbə: apa.az