Seyid Əli Xamenei ölkədəki etirazlarla bağlı çıxış edib
Xeber.ge xəbər verir ki,
Xamenei ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edərək, onun devrilə biləcəyini vurğulayıb.
“Tramp bilməlidir ki, firon, Nəmrud, Rza şah və Məhəmməd Rza kimi tiranlar öz təkəbbürlərinin zirvəsində olarkən devriliblər. O da devrilə bilər”, - Xamenei dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.
O, ölkəsinin iğtişaşlar qarşısında geri çəkilməyəcəyini vurğulayıb: “Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına qurulub və təxribatçılar qarşısında geri çəkilməyəcək”.
Xamenei nümayişçiləri ABŞ Prezidentinin arzusunu reallaşdırmağa çalışmaqda ittiham edib.
“Etirazçılar onu sevindirmək istəyirlər. Əgər o, ölkəni idarə etməyi bacarsaydı, öz ölkəsini idarə edərdi”, - bildirən Xamenei ABŞ-də çoxlu problemlərin olduğunu əlavə edib.
Dini lider tərəfdarlarını bir olmağa çağırıb: “Əziz gənclər, hazırlığınızı və birliyinizi qoruyun. Vahid xalq istənilən düşməni məğlub edə bilər”.
mənbə: qafqazinfo.az