BMT: "Qəzzada 15 min hamilə qadın aclıq həddindədir"

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA), İsrailin bir ildən artıq davam edən intensiv hücumları altında olan Qəzza Zolağında 15 min hamilə qadının aclıq həddində olduğunu xəbərdar edib.
UNRWA-nın X platformasındakı paylaşımında İsrailin insanları məcburi şəkildə aclıq və susuzluqla qarşı-qarşıya qoyaraq Qəzzada humanitar fəlakətə səbəb olduğu vəziyyətə diqqət çəkilib.
Təxminən 50 min hamilə qadının olduğu və yalnız gələn ay 4 min doğumun gözlənildiyi Qəzzadakı açıqlamada, "Onlardan təxminən 15 mininin aclıq həddində ola biləcəyi" xəbərdarlığı edilib.
Açıqlamada güclü yağışların və məhdud yardımların Qəzzada məcburi köçkünlərin vəziyyətini daha da pisləşdirdiyi vurğulanıb və 2024-cü ilin, əksəriyyəti Qəzzadakı UNRWA işçiləri olmaqla, dünya miqyasında 281 ölüm hadisəsi ilə "humanitar yardım işçiləri üçün ən ölümcül il" olduğu bildirilib.
mənbə: iqna