2 milyondan çox qəzzalı aclıqdan ölə bilər

Qəzza sektorunda 2 milyondan çox insan aclıq və susuzluğa görə həyatını itirə bilər.
Xeber.ge xəbər verir ki, humanitar fəlakətin səbəbkarı isə 2023-cü il 7 oktyabrdan bəri bölgəni hərtərəfli – havadan, sudan və qurudan blokadada saxlayan İsraildir.
İsrail Qəzzaya ərzağın, dərmanların və suyun göndərilməsinin qarşısını alır və bunu Qəzza xalqına qarşı silah kimi istifadə edir.
Qeyd edilir ki, Qəzza sektorundakı fələstinli uşaqlar aclıqdan ölürlər, ailələr isə aclıqdan əziyyət çəkirlər.
BMT-nin məlumatına görə, Qəzzadakı aclıq kritik səviyyəyə çatıb. İnsanlar həftələr öncə atılmış zibillərin arasından yemək axtarırlar. Qış mövsümünün yaxınlaşması ilə isə vəziyyət sürətlə pisləşir, təcili humanitar yardımsız isə həyat qeyri-mümkün olur.
mənbə:az.shafaqna.com