İsrail əsgərləri hamilə qadını və körpəsini güllələdi

İsrail ordusu fələstinli hamilə qadını qətlə yetirib.
Xeber.ge xəbər verir ki,
Hadisə İordan çayının Qərb sahilində Tulkarm şəhərinki Nur Şəms qaçqın düşərgəsində qeydə alınıb.
Belə ki, İsrail əsgələri adıçəkilən qaçqın düşərgəsinə hücum edərkən 23 yaşlı Sundus Camal Məhəmməd Şaləbini də qətlə yetirib. O, həmiləliyinin 8-ci ayında idi. Onun bətnindəki körpə də həyatını itirib. Bundan başqa onun həyat yoldaşı da ağır yaralanıb.
Şahidlər bildirirlər ki, fələstinli xanım İsrail hərbçilərinin açdığı birbaşa atəş nəticəsində öldürülüb.
Xatırladaq ki, daha öncə İsrail əsgərləri Qərb sahilində iki yaşlı fələstinli uşağı da gülləyərək qətlə yetiriblər.
mənbə: azshafaqna.com