Qurani-Kərim daha bir dilə tərcümə edildi

75 yaşlı kəşmirli din xadimi Gülzar Əhməd Pray müqəddəs Qurani-Kərimin kəşmir dilinə tərcüməsini uğurla başa çatdırıb.
Xeber.ge xəbər verir ki,
Kəşmir dilində yüksək ali təhsili olan təqaüddəki dövlət məmuru Pray Vəhy Kəlamının kəşmircə danışan insanlar üçün daha bəsit və daha aydın və anlaşılan etmək məqsədi ilə uzun illər öncə bu gözəl işə başlayıb.
O, illər ərzində Qurani-Kərimin beş cüzünün tərcüməsini dərc edərək təhsil qurumlarının xidmətinə təqdim edib. İndi isə 30 cüzün hamısının tərcüməsinin başa çatması ilə tam dərc üçün hazırlıq işləri görülür.
Gülzar Əhmər Pray bu məsuliyyətli işin asan olmadığı qeyd edib, lakin gələcək nəsillərin Qurani-Kərimi öz ana dillərinə oxuyub başa düşməsi arzusunun ona motivasiya verdiyini əlavə edib.
Kəşmirdəki İslam dini alimləri Gülzar Əhməd Prayın tərcüməsini ölməz bir əsər kimi qiymətləndirib.
Yerli alimlərdən biri olan Mövlana Ramiz deyib ki, bu, sadəcə bir tərcümə deyil, həm də mənəvi bir xidmətdir, bu tərcümə insanlara Quranla tanışlıqda kömək edəcək.
Sözügedən tərcümə həm də Kəşmir xalqının ədəbiyyatı üçün də mühüm bir töhfədir, çünki bir dil bu cür böyük zəhmətlər nəticəsində inkişaf edir.
Prayın kəşmir dilinə etdiyi dəyərli tərcümənin çapa hazırlanmasının fonunda insanlar onun onillərlə davam edən əziyyətinin gələcək nəsillər üçün ilham mənbəyi olacağına ümid edir və yeni tərcüməni böyük səbirsizliklə gözləyirlər.
Bu tərcümə həmçinin akademiklər, elm adamları, tələbələr və xalq üçün dəyərli mənbə olacaq.
mənbə: iqna