Balkanların ən böyük məscidi açıldı
Albaniyanın paytaxtı Tiranada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Balkanların ən böyük məscidi olaraq inşa edilən "Namazgah" məscidinin açılışı olub.
Xeber.ge xəbər verir ki,
Prezident Ərdoğan, təxminən 10 hektar ərazidə inşa edilən məsciddə 8 min nəfərin eyni anda namaz qıla biləcəyini, ibadət yeri ilə yanaşı, konfrans zalı, dərs otaqları, Quran kursu, sərgi salonu, kitabxana, əlillər və yaşlılar üçün liftlər, iş otaqları ilə mədəniyyət mərkəzi və məscidi bir ictimai kompleks anlayışı ilə inşa etdiklərini söylədi.
Məscidin imamı Qazmend Teka bildirib ki, kommunist rejiminin sona çatmasından və dini mərasimlərin bərpasından sonra Albaniyada bütün dini icmalar birlikdə namaz qıla biləcəkləri bir ibadət yerinin həsrətindədirlər. Bildirilib ki, məscidin açılışı ilə Albaniyada dini icmaların birgə yaşaması məqsədinə nail olunub.
Statistika göstərir ki, bu ölkədə müxtəlif dini qruplar sülh şəraitində, gərginlik olmadan yaşayır. Bu məscidi ziyarət etmək üçün müxtəlif ölkələrdən çoxlu turistlər gəlir.
2,4 milyonluq Albaniya əhalisinin 50 faizindən çoxu müsəlmandır. 2023-cü il siyahıyaalınmasına görə, bu ölkənin əhalisinin 8%-i katolik, 7%-i isə pravoslavdır.
"Namazgah" məscidinin rəsmi açılışı 2024-cü il oktyabrın 10-da olub. Albaniyanın paytaxtı Tiranada məscidin açılışının turizmin canlanmasına kömək edəcəyi gözlənilir.
mənbə: iqna