Ölüm vaxtı əvvəlcədən müəyyən edilmişdir, yoxsa qeyri-müəyyəndir?

Nov 13, 2024 - 12:19
 0  23
Ölüm vaxtı əvvəlcədən müəyyən edilmişdir, yoxsa qeyri-müəyyəndir?

Quran təfsirçiləri “Sizi palçıqdan xəlq edən Odur, sonra bir müddət təyin etdi və müəyyən bir müddət də Onun yanınındadır” ayəsinə əsaslanaraq, insanlar üçün müəyyən və qeyri-müəyyən iki əcəl olduğunu bildirmişlər. Birincisi eyni adla ayədə qeyd olunan əcəli-müsəmmadır. İkincisi isə əcəli-müəlləq adlanır.

Quran təlimlərinə görə insanın iki növ əcəli var ki, bunlar əcəli-müsəmma və əcəli-müəlləq adlanır. Bu iki əcəl ilə bağlı müzakirələr Quran ayələri, o cümlədən "Ənam" surəsinin ikinci ayəsində edilib. Quran təfsirçiləri “Sizi palçıqdan xəlq edən Odur, sonra bir müddət təyin etdi və müəyyən bir müddət də Onun hüzurundadır” ayəsinə əsaslanaraq, insanlar üçün müəyyən və qeyri-müəyyən iki əcəl olduğunu bildirmişlər. Birincisi eyni adla ayədə qeyd olunan əcəli-müsəmmadır. İkincisi isə əcəli-müəlləq adlanır.
Əcəli-müsəmma və ya qəti əcəl insan bədəninin həyatda qalma qabiliyyətinin sonlanmasıdıdır. Onun vaxtının yetişməsi ilə hər şey ilahi əmrlə sona çatır. Necə ki, "Əraf" surəsinin 34-cü ayəsində buyurur: "Hər bir millət və dəstə üçün (dünya həyatından müəyyən) bir müddət vardır. Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikər və nə də qabağa keçərlər".
Əcəli-müəlləq isə, şərtlərin dəyişməsi ilə dəyişən bir ölümdür. İntihar Əcəli-müəlləqin bir nümunəsidir, çünki bir insan intihar etməsə, illərlə yaşaya bilər.
Baçqa bir məsələ budur ki, bir çox canlılar təbii və xas quruluşlarına görə uzun müddət yaşamaq qabiliyyətinə malikdirlər, lakin bu müddət ərzində onların maksimum təbii həyat müddətinə çatmasına mane olan maneələr yarana bilər. Məsələn, ağ neftlə yanan lampa iyirmi saat işıqlandırma qabiliyyətinə malik ola bilər, lakin güclü külək və yağış və ya diqqətsizlik onun ömrünü qısaldır. Burada lampa heç bir maneə ilə üzləşməsə, ağ neftin son damlasına qədər yanıb, sonra sönürsə, o, qəti sonuna çatmışdır. Amma əgər bəzi maneələr ondan əvvəl lampanın sönməsinə səbəb olarsa, biz onun ömrünü “qəti olmayan əcəl” adlandırırıq.

mənbə: iqna