Batumi-Kobuleti yolunda qəza baş verib

Apr 21, 2025 - 16:43
 0  39
Batumi-Kobuleti yolunda qəza baş verib
: :
playing

Acaranın mərkəzi Batumi-Qobuleti dolama avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə “Acara Televiziyası” məlumat yayıb.

Məlumata görə, iki minik avtomobili toqquşub. Yaralı şəxs xəstəxanaya çatdırılıb. Hadisə səbəbilə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi istintaqa başlayıb.

mənbə: Interpress