Gürcüstanda qızıl və gümüş ucuzlaşıb

May 16, 2026 - 20:48
 0  19

Qlobal əmtəə birjalarında qızılın qiymətində azalma qeydə alınıb.

Xeber.ge xeber  verir ki, mayın 15-də keçirilən son hərracların nəticəsinə əsasən, qızılın bir qramının/unsiyasının qiyməti 137 ABŞ dolları ucuzlaşaraq 4 541 dollara düşüb.

Dünya birjalarındakı tendensiya Gürcüstanın qiymətli metallar bazarına da təsir göstərib. Ölkədə həm qızılın, həm də gümüşün qiyməti aşağı düşüb:

Daxili bazarda qızılın qiyməti cəmi bir gün ərzində 13 lari ucuzlaşıb.

Gümüşün qiymətində isə günlük 0,7 lari azalma qeydə alınıb.

Ekspertlər qiymətli metalların qiymətindəki bu dəyişikliyi qlobal iqtisadi proseslər və birja dalğalanmaları ilə əlaqələndirirlər.