Orban Gürcüstan hökumətini "heyvan" adlandırdı

Jun 12, 2025 - 21:06
 0  43
Orban Gürcüstan hökumətini "heyvan" adlandırdı

Gürcüstan hökuməti Avropa Birliyi ölkələrinin üz-üzə gəlməkdən qorxduğu heyvandır.

Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə gürcü həmkarı İrakli Kobaxidze ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Hələ 2022-ci ildə qlobal liberallar ölkələrimizin indiki hökumətlərini qoruyub saxlamasına mane olmaq üçün - həm sizdə, həm də burada - vəziyyəti sabitsizləşdirməyə çalışdılar. Gürcüstan hökuməti Brüsselin üzləşməkdən qorxduğu heyvandır. Müqavimət göstərmək qərarına gələn ilk Gürcüstan oldu. Və bu hiss bizə yaxındır", - deyə Orban bildirib.

Macarıstanın baş naziri həmçinin Gürcüstanın iqtisadi artımını Budapeştin də əldə etmək istədiyi heyranedici nailiyyət adlandırıb.

mənbə: axar