İsrail İrana hücum etdi

Xeber.ge xəbər verir ki, bu gecə İranın paytaxtı Tehranda və bəzi digər bölgələrdə bir neçə güclü partlayış səsləri eşidilib. Yerli mənbələrin məlumatına görə, hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və səma obyektlərinə qarşı cavab tədbirləri görülüb.
İlkin olaraq partlayışların səbəbi bilinməsə də, bəzi mənbələr hadisənin İsrailin İrana qarşı hava hücumu ilə əlaqəli olduğunu bildirib.
Əl-Cəzirə xəbər kanalının yaydığı məlumata əsasən, İsrail ordusu yayımladığı rəsmi bəyanatla İrana qarşı hücumu təsdiqləyib.
ABŞ-ın nüfuzlu Axios xəbər portalı isə iki yüksək səviyyəli mənbəyə istinadən yazır ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisində müəyyən hədəflərə qarşı hava əməliyyatı başlayıb, lakin hədəflərin dəqiq nə olduğu hələ açıqlanmayıb.
mənbə: azshafaqna.com