Fars agentliyi: İran Ordusu Qərargah rəisi şəhid edildi

Xeber.ge xəbər verir ki, İsrailin İrana hücumu zamanı İran Ordusu Qərargah rəisi Məhəmməd Baqiri həyatını itirib.
Xəbəri ancaq “Fars” xəbər agentliyi yayıb.
Digər xəbər resursları isə bu xəbəri nə təkzib, nə də təsdiq ediblər.
Qeyd edək ki, İsrail hücumları zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Baş Komandanı, general-polkovnik Hüseyn Səlami, “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid və iki nüvə alimi həyatını itirib.
mənbə: azshafaqna.com