Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Krimnal Polisi Departamentinin Acarıstan Baş İdarəsi və Miqrasiya Departamentinin Qərbi idarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.
Xeber.ge xəbər verir ki,
Qeyd olunub ki, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanları tərəfindən elektron məlumatların işlənməsi sistemlərindən istifadə etməklə dələduzluq törətməkdə ittiham olunaraq axtarışa verilib.
Hüquq-mühafizə orqanlarının Batumidə keçirdiyi tədbirlər nəticəsində yaxalanan R.S. barəsində hazırda qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları davam etdirilir.