Tbilisidə Yeni İl gecəsi pirotexnikadan zərər görənlərin sayı açıqlanıb

Yeni il gecəsi Tbilisidə pirotexnikadan istifadə nəticəsində yaralanmalarla bağlı təcili tibbi yardım xidmətinə 33 zəng daxil olub. Bunlardan 20 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Fövqəladə Hallar Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzindən məlumat verilib.
Digər şəhər və bölgələrə gəldikdə, pirotexnikadan istifadə nəticəsində 25 bildiriş qeydə alınıb, bunlardan 20 xəstə xəstəxanaya yerləşdirilib.
Mərkəzin məlumatına görə, Yeni il gecəsi Tbilisidə spirtli içki istehlakı ilə bağlı 208 çağırış qeydə alınıb. Bu səbəbdən 64 nəfər xəstəxanaya yerləşdirilib. Bölgələr üzrə isə 110 qida və spirtli içki zəhərlənməsi hadisəsi qeydə alınıb, 67 xəstə xəstəxanaya yerləşdirilib.
mənbə: interpress