Marneulidə avtomobil “Liberty” bankının binasına çırpılıb-VİDEO
Ötən gece Marneuli şəhərinin Rustaveli küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “KIA” markalı minik avtomobili idarəetməni itirərək “Liberty” bankının binasına çırpılıb.
Şahidlərin “Marneuli” radiosuna verdiyi məlumata görə, avtomobil bankın ön şüşələrini sındıraraq içəri girib. Qəza zamanı bankomat da zədələnib.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobilə və bankın mülkiyyətinə ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
mənbə: marneulifm