Son günlərdə Gürcüstandan 25 xarici vətəndaş ölkədən deportasiya edilib

Jun 18, 2025 - 13:45
 0  7
Son günlərdə Gürcüstandan 25 xarici vətəndaş ölkədən deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son günlərdə Nazirliyin Miqrasiya Departamenti və digər aidiyyəti strukturların sıx koordinasiyası nəticəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində ümumilikdə 25 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

DİN-in yaydığı məlumata əsasən, deportasiya edilən şəxslər Ermənistan, Özbəkistan, İran, Nigeriya, Tacikistan, Çin, Türkmənistan, Rusiya, Hindistan, Əlcəzair, Misir, Türkiyə, Pakistan və Banqladeş vətəndaşlarıdır. Onlara qüvvədə olan qanunvericiliyə uyğun olaraq Gürcüstana giriş qadağası tətbiq olunub.

Nazirlik bildirir ki, Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh qurumdur və onun əsas səlahiyyətlərindən biri hüquqi əsas olmadan Gürcüstanda yaşayan xarici vətəndaşların müəyyən edilməsi və onların ölkədən çıxarılmasıdır.

mənbə: interpress