Ermənistan-Gürcüstan sərhədində güclü yanğın
Ermənistan-Gürcüstan sərhədində yerləşən "Baqrataşen" nəzarət-buraxılış məntəqəsində pirotexniki vasitələr olan anbar yanır.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayıb.
Məlumata görə, hadisə yerinə beş yanğınsöndürmə briqadası və patrul xidmətinin əməkdaşları cəlb ediliblər.
mənbə: oxu