Ağır cinayətlərdə ittiham olunan 3 nəfər Kvemo Kartlidə saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Marneulidə qrup halında törədilmiş hədə-qorxu ilə tələb etmə, qanunsuz azadlıqdan məhrumetmə, şəxsi həyata dair məlumatların qanunsuz istifadəsi, qeyri-insani rəftar və şəxsi intihara sürükləmə faktları üzrə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş üç nəfər saxlanılıb: 2001-ci il təvəllüdlü E.Q., 2002-ci il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü A.M.
Xeber.ge xəbər verir ki,
Daha sonra A.M. və N.A. dostları E.Q. ilə birlikdə R.B.-dən hədə-qorxu və fiziki zor tətbiq etməklə 6 500 ABŞ dolları və 2 800 lari alıblar.
Bir müddət sonra təqsirləndirilən şəxslər yenidən R.B. ilə əlaqə saxlayaraq ondan 10 000 lari tələb ediblər. Noyabrın 28-də isə R.B.-ni Marneuli bələdiyyəsində yaşayış olmayan əraziyə aparıblar, ona fiziki zor töküblər, soyunduraraq foto və video çəkiblər və günün sonuna qədər pulu ödəməyəcəyi halda həmin materialları yaymaqla hədələyiblər. Bundan sonra R.B. intihara cəhd edib.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları E.Q., N.A. və A.M.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar”, – deyə DİN-in məlumatında bildirilir.
Qeyd olunan cinayətlər 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.