Kvaratsxeliya "Napoli" ilə vidalaşdı- VİDEO
Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" futbol klubu ilə vidalaşıb.
Futbolçu müvafiq videonu "Instagram" səhifəsində yayımlayıb.
"Çətindir, amma vidalaşmağın vaxtıdır. Mən burada əla vaxt keçirdim və inanılmaz emosiyalar yaşadım", - Kvaratsxeliya deyib.
Məlumata görə, Kvaratsxeliya yanvarın 17-də Fransanın PSJ klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, yarımmüdafiəçinin 23 yaşı var, o, 2022-ci ildən "Napoli"də çıxış edib, 2023-cü ildə komandanın tərkibində İtaliya çempionu olub. Bu mövsüm gürcü futbolçu klubda 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
mənbə: oxu