Axalkalakidə güclü dolu və leysan: Onlarca kəndə ziyan dəydi, evləri su basdı-VİDEO
Bu gün Axalkalaki bələdiyyəsində güclü dolu düşüb və bol yağıntı qeydə alınıb — təbii fəlakət nəticəsində onlarca kəndə ziyan dəyib.
XEBER.GE xeber verir ki, yollar su altında qalıb — yayılan kadrlarda suyun mərkəzi küçələrdə nəzarətsiz axdığı görünür.
Sakinlər bildirirlər ki, evlərin birinci mərtəbələrinə və zirzəmilərinə su dolub.
Əhalinin sözlərinə görə, kənd təsərrüfatı torpaqları və məhsulun bir hissəsi tələf olub.