“Sanksiyalar bizi qorxutmayacaq – Gürcüstanın suverenliyindən vaz keçməyəcəyik”

“Gürcü Arzusu” partiyası ölkənin suverenliyindən və milli maraqlarından heç bir halda vaz keçməyəcək."
Bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
Kaladze qeyd edib ki, bəzi dairələr illüziya yaradır ki, guya sanksiyalarla hakimiyyətə təsir etmək mümkündür:
“Bəzilərinin elə illüziyası var ki, sanksiyalar kimsəni qorxudacaq, yaxud sanksiya tətbiq olunarsa, ‘Gürcü Arzusu’ geri çəkiləcək, suverenliyimizdən vaz keçəcək. Bu, mümkün deyil. Ölkənin maraqları, gələcəyi, sabahı bizim üçün prinsipial əhəmiyyət daşıyır.”
Kaladzenin sözlərinə görə, Gürcüstan xalqı “Gürcü Arzusu”nu ona görə seçib ki, milli maraqlar qorunsun:
“Bizə ona görə səs verdilər ki, xaricdən idarə olunmayaq, müxalifət agentlərinin arzuladığı kimi. Biz xalqın maraqlarını müdafiə edirik. Əsas xalqdır, onun gələcəyi və milli maraqların qorunmasıdır.”
Jurnalistlərin Kaladzeyə ünvanladığı “Sanksiya olarsa, pulunuzu nağd saxlamağı düşünürsünüzmü?” sualına cavab olaraq, o bildirib:
“Bilmirəm, amma bank hesablarım yoxdur. Bunu gəlir bəyannaməmdə də göstərmişəm. Kriptovalyuta almışam.”
mənbə: interpress