EBRD Gürcüstanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yüksəldib

Feb 28, 2025 - 12:47
 0  25
EBRD Gürcüstanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yüksəldib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gürcüstanın 2025-ci il üçün iqtisadi artım proqnozunu 4,6 %-dən 6 %-ə qaldırıb.

Bankın hesabatına görə, Şərqi Avropa və Cənubi Qafqaz regionunda ümumi iqtisadi artım 3,6 % səviyyəsində olacaq.

Vurğulanıb ki, EBRD-nin proqnozu Gürcüstan hökumətinin gözləntiləri ilə də üst-üstə düşür. Belə ki, Gürcüstanın dövlət büdcəsi də 6 %-lik iqtisadi artım əsasında planlaşdırılıb.

mənbə: report