90 yaşında kəlmeyi-şəhadət gətirib müsəlman olub
90 yaşlı Horst Kurd Hecht müsəlman olub.
Xeber.ge xəbər verir ki, Hecht Almaniyadan olan almandır.
O, müsəlmanların qonaqpərvərliyindən, ümumilikdə İslam dinindən təsirlənərək bu dinlə bağlı araşdırmalar aparmaq qərarına gəlib. Nəticədə də o, kəlmeyi-şəhadət gətirərək İslam dinini qəbul edib.
Hecht özünə yeni ad da götürüb – “Həsən”.
mənbə: azshafaqna.com