Marneulidə iki Azərbaycan vətəndaşı saxta əskinasların mübadiləsinə görə saxlanılıb

Sep 8, 2025 - 12:46
 0  28
Marneulidə iki Azərbaycan vətəndaşı saxta əskinasların mübadiləsinə görə saxlanılıb
: :
playing

Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsi əməkdaşları iki Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü C.M. və 1993-cü il təvəllüdlü M.M qabaqcadan əlbir olaraq külli miqdarda saxta pul mübadiləsi faktı ilə ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin yaxınlığında yerləşən valyutadəyişmə məntəqəsində 7 ədəd saxta 500 avroluq əskinası dəyişdiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta pulları sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Qanunvericiliyə əsasən, bu əməlin cəzası 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

mənbə: report