Qardabanidə Həzrət Muhəmmədin (s) mövludunun 1500-cü ildönümü qeyd olunub

Sep 8, 2025 - 11:28
Sep 8, 2025 - 11:32
 0  83
Qardabanidə Həzrət Muhəmmədin (s) mövludunun 1500-cü ildönümü qeyd olunub
Qardabanidə Həzrət Muhəmmədin (s) mövludunun 1500-cü ildönümü qeyd olunub
Qardabanidə Həzrət Muhəmmədin (s) mövludunun 1500-cü ildönümü qeyd olunub

Ötən gün Qardabani şəhərində yerləşən "Əl Hikmə" müəssisəsində Həzrət Muhəmmədin (s) mövludunun 1500-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Qardabani şəhərindən, eləcədə ətraf məntəqələrdən dəvət olunmuş inanclı şəxslər iştirak edib.                            

Məclis Hacı Anar Bayramovun Quran qiraəti ilə başladı. Quran qiraətindən sonra mövlud münasibəti ilə təbrik üçün hacı Niyazi Əmirxanov kürsüyə dəvət edildi. 

Daha sonra məclisin xətibi hacı Elçin Əliyev məclis iştirakçılarına Peyğəmbərin (s) şəxsiyyəti və o həzrətin Səlman Farsiyə buyurduğu xüsusi tövsiyələr barədə məlumat verdi.

Tədbirdə Əhli-beyt (ə) məddahı Səid Həsəndə iştirak etdi və öz dəyərli şeirləri ilə məclisə şənlik qatdı. 

Sonda məclis iştirakçıları arasında müsabiqə keçirildi, hacı Namiq Hüseynov iştirakçılara suallar verdi, suallara cavab verənlərə hədiyyələr təqdim edildi.