Türkiyədə deputata bıçaqlı hücum - VİDEO

Aug 19, 2026 - 10:49
 0  13

Türkiyənin Qaziantep şəhərində Yeni Partiyanın millət vəkili Melih Meriç bıçaqlı hücuma məruz qalıb. Hadisə Şahinbey rayonunda baş verib.

XEBER.GE xəbər verir ki, hücumu keçmiş CHP Oğuzeli rayon rəhbəri Seydi Ahmet Keleş törədib.

Yaralanan deputat xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb və şübhəli şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

mənbə: baku.ws