Tbilisidə gənc oğlan öldürülüb

Oct 22, 2024 - 15:23
 0  39
Tbilisidə gənc oğlan öldürülüb

“Rustavi 2” telekanalı xəbər verir ki, paytaxtın İsani rayonunda bir gənc öldürülüb.

Xeber.ge xəbər verir ki, KİV-in məlumatına görə, yaşı 40-dan az olan kişi odlu silahla vurularaq öldürülüb. 

Atəş açan şəxs gecikmədən saxlanılıb.

Gürcüstan Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” və “Qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddələri ilə istintaq aparılır.