Tbilisidə silahlı şübhəli isti izlə saxlanıldı
Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisinin Didube-Çuğureti rayon Polis İdarəsinin əməkdaşları qarət və hədə-qorxu ittihamı ilə bir nəfəri isti izlə saxlayıblar.
XEBER.GE xeber verir ki, istintaqın müəyyən etdiyinə görə, şübhəli Tbilisidə bir şəxsə soyuq silahı göstərərək həyatını almaqla hədələyib və mobil telefonunu əlindən alıb.
Operativ-istintaq tədbirləri nəticəsində polislər kişini isti izlə saxlayıblar. Hüquq-mühafizə orqanları qarət edilmiş mobil telefonu və hədə-qorxu silahı olan bıçağı ələ keçiriblər.
İstintaq Cinayət Məcəlləsinin 178-ci (qarət) və 151-ci (hədə-qorxu) maddələri ilə aparılır. Bu maddələr 6 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.