Gürcüstanlı “ qanuni oğru” İtaliyada saxlanılıb
"Qanuni oğru” kimi tanınan 44 yaşlı Mindia Qoradze,( Mindia Lavasoğli) mayın 22-də İtaliyanın Roma şəhərindəki Çampino hava limanında saxlanılıb.
Bu barədə İtaliya mediası məlumat yayıb.
Lavasoğli alman dövlət nömrə nişanlı avtomobildə İtaliya hüquq-mühafizə orqanları tərəfindən hava limanında aşkarlanıb. Həbs əməliyyatından sonra o, Reyna Koeli həbsxanasına köçürülüb.
Mindia Qoradze 2023-cü ildən gizlənib və "cinayətkar qruplaşmada iştirak və vergidən yayınma ittihamları ilə beynəlxalq axtarışda olub".
mənbə: interpress