Sürücülərin nəzərinə: 3 ayda ən çox hansı qayda pozuntusuna görə cərimə yazılıb?
Gürcüstan yollarında hər il orta hesabla 3,3 milyon video cərimə yazılır. Daxili İşlər Nazirliyinin dərc etdiyi son statistikaya əsasən, təkcə 2026-cı ilin 3 ayı ərzində (yanvar-mart) artıq 927 189 video cərimə tətbiq olunub ki, bunun da 46,5%-i paytaxtın payına düşür.
XEBER.GE xeber verir ki, Gürcüstanda video cərimələr müxtəlif qayda pozuntularına görə tətbiq edilir: sürət həddinin aşılması, dövri texniki baxış (kameralar avtomobilin məcburi texniki baxışdan keçib-keçmədiyini avtomatik yoxlayır), işıqforun qırmızı işığında keçmə, avtobus zolağında ("busline") hərəkət etmə və s.
Sürət həddinin aşılması hər il video cərimələrin sayına görə liderlik edir. Məsələn, bu ilin 3 ayı ərzində sürətin 15 km/saatdan çox aşılmasına görə təxminən 531 min cərimə yazılıb ki, bu da ümumi video cərimələrin 57%-dən çoxudur.
"Business Press News" Daxili İşlər Nazirliyinin bu ilin ilk 3 ayında bölgələr üzrə yazdığı video cərimələrin sayını təqdim edib:
İmereti — 143 486
Acarıstan — 129 289
Şida Kartli — 48 943
Kvemo Kartli — 44 069
Sameqrelo-Zemo Svaneti — 43 313