Gürcüstanda 550 min dollarlıq fırıldaq: Saxta avtomobil biznesi ifşa olundu
Gürcüstan Prokurorluğu külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan şəxs barəsində qiyabi cinayət işi açaraq onu axtarışa verib.
Xeber.ge xəbər verir ki,
Bu bəhanə ilə həmin şəxs zərərçəkmişdən ümumilikdə 550 000 ABŞ dolları məbləğində vəsait alıb. O, qurbanını inandırmaq üçün saxta alqı-satqı müqavilələri hazırlayaraq, guya artıq 40 ədəd avtomobilin alındığını nümayiş etdirib. Əslində isə heç bir nəqliyyat vasitəsi alınmayıb və vəsaitlər dələduzluq yolu mənimsənilib.
Hazırda təqsirləndirilən şəxs istintaqdan yayınır. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (külli miqdarda dələduzluq) və 362-ci (saxta rəsmi sənədlərdən istifadə) maddələri ilə qiyabi ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və axtarış elan olunub. Bu cinayətlərə görə onu 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir