Qəzzada şəhid olanların sayı 50 mini keçib

Apr 3, 2025 - 11:24
 0  20
Qəzzada şəhid olanların sayı 50 mini keçib

Xeber.ge xəbər verir ki, Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində şəhid olanların sayının 50 min 399 nəfərə çatdığını açıqlayıb.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, İsrail ordusunun ötən il oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumları nəticəsində şəhid və yaralananların sayı ilə bağlı son statistik məlumatları açıqlayıb.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ötən il oktyabrın 7-dən İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində 50 min 399 nəfər şəhid olub.

Fələstin tibb müəssisəsi həmçinin bəyan edib ki, İsrail ordusunun Qəzza zolağında müharibə başlayandan indiyədək həyata keçirdiyi hücumlarda yaralananların ümumi sayı 114 min 583 nəfərə çatıb.

Nazirlik son 24 saat ərzində 42 şəhidin cəsədinin və 305 yaralının xəstəxanaya çatdırıldığını, bir şəhidin dağıntılar altından çıxarıldığını açıqlayıb. Həmçinin bu müddət ərzində 183 nəfər xəsarət alıb.

Habelə martın 18-dən etibarən Qəzzaya yeni hücum dalğasında 1042 nəfər şəhid olub, 2542 nəfər yaralanıb.

Minlərlə insan hələ də itkin düşüb və Qəzza zolağında dağıntılar altında qalıb.

mənbə: iqna