Marneulidə sürətli ödəniş terminalını oğurlayan iki şəxs tutuldu

Aug 19, 2026 - 11:42
 0  20
Marneulidə sürətli ödəniş terminalını oğurlayan iki şəxs tutuldu

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş oğurluq ittihamı ilə iki nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, şəxsi avtomobilləri ilə hərəkət edən təqsirləndirilən şəxslər Marneuli bələdiyyəsinin kəndlərindən birində yerləşən ticarət obyektinin xarici ərazisindəki sürətli ödəniş terminalını oğurlayıb və içindəki pulu qanunsuz olaraq mənimsəyiblər. Onlar zədələnmiş sürətli ödəniş terminalını hadisə yerindən aralıya ataraq qaçıblar.

Həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxslərdən biri cinayəti gizlətmək məqsədilə kənd hissədaşının (həmkəndlisinin) avtomobilinin dövlət qeydiyyat nişanını oğurlayaraq öz avtomobilinə bərkidib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsləri hadisədən bir neçə saat sonra saxlayıblar, oğurlanmış ödəniş terminalı və avtomobil nömrəsi isə maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri üzrə aparılır ki, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.