Gürcüstanda zəlzələ baş verdi
Gürcüstanda zəlzələ olub.
XEBER.GE xeber verir ki, Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Dmanisidən 15 km qərbdə, Mamişlari kəndindən 2 km aralıda yerləşib.
3 bal gücündə yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 09:24-də qeydə alınıb.