Byline Times Abramoviç və İmedi teleşirkətinin sahibi Ruxadze arasındakı ehtimal olunan əlaqə haqqında nə yazıb

Byline Times jurnalı korrupsiya qalmaqalı ilə bağlı məqalə yayıb, burada onlar sanksiya tətbiq olunan rus oliqarxı Roman Abramoviç ilə televiziya kanalı „İmedi”nin sahibi İrakli Ruxadzenin investisiya holdinqi Hunnewell Partners-in ehtimal olunan əlaqəsini vurğulayıblar.
Məqalə, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gulnara Kərimovanın iştirak etdiyi korrupsiya qalmaqalını əhatə edir. İttihamlara görə, Kərimovanın təşkilatları, Özbəkistan bazarına çıxış əldə etmək müqabilində, bir neçə böyük telekommunikasiya şirkətindən, o cümlədən rus Mobile Telesystems (MTS)-dən rüşvət alırmış.
Korrupsiya qalmaqalı barədə məlumatlar yayıldıqdan sonra, investorlar MTS-ə qarşı iddia qaldırıbılar. Məqalədə qeyd olunur ki, bu mübahisəyə Ruxadzenin investisiya şirkəti Hunnewell Partners rəhbərlik edib və ABŞ məhkəməsində Rusiyanın telekommunikasiya şirkətinə edilən investisiyalardan yaranan zərərləri şikayət edirmiş. Byline Times-ın yazdığına görə, əslində, Ruxadzenin şirkəti heç bir zərər görməmişdi və o, faktiki olaraq Roman Abramoviçin şirkətinin maraqlarını müdafiə edirdi.
Məqaləyə əsasən, Kərimovanın nəzarətində olan təşkilatlara ödənilən rüşvətlərin ən böyüyü 420 milyon dollar məbləğində MTS tərəfindən ödənilib. Skandalın ardından, məhkəmə proseslərindən qaçmaq məqsədilə MTS 2019-cu ildə ABŞ maliyyə orqanları ilə razılığa gəlib və 850 milyon dollar cərimə ödəyib.
Bu razılaşmaya baxmayaraq, ittihamlar səbəbindən şirkətin səhmlərinin qiyməti dəfələrlə kəskin şəkildə düşüb və nəticədə investorlar şirkətdən itkilər yaşayıb. Buna görə də, onlar MTS-ə qarşı məhkəməyə müraciət ediblər. Məqalədə qeyd olunur ki, iddiaçılardan biri məhz Hunnewell Partners olub və onlar 13 milyon dollar zərərdən danışırdılar. 2021-ci ildə məhkəmə şirkətlərin iddialarını rədd edib.
Byline Times-ın əldə etdiyi sənədlərə əsasən, Hunnewell MTS-ə qarşı iddia qaldırmadan əvvəl, Abramoviçin Kiprdəki Pro-Alpha Investments Ltd. adlı şirkəti ilə razılaşma imzalayıb. Bu razılaşmaya əsasən, Hunnewell Pro-Alpha-nın nümayəndəsi kimi fəaliyyət göstərəcək və Pro-Alpha iddiada şikayətçi tərəf kimi göstərilməyəcək. Abramoviçin şirkəti Hunnewell-in əldə etdiyi mənfəətdən 10%-ni alacaqdı.
Məqalədə bildirilib ki, Hunnewell-in nümayəndəsi MTS-ə qarşı iddianı "tamamilə adi hüquqi mübahisə" kimi qiymətləndirib və Abramoviç ilə heç bir əlaqələrinin olmadığını bildirib. Həmçinin, şirkət nümayəndəsi jurnal ilə söhbətində bildirib ki, razılaşma imzalanarkən, Abramoviç Britaniya tərəfindən sanksiyaya məruz qalmamışdı – onlar onun mümkün iştirakına dair məlumatları da inkar edirlər.
mənbə: marneulifm