Gürcüstanda bir gündə iki zəlzələ baş verib
Gürcüstanda səhər saatlarında iki ardıcıl yeraltı təkan qeydə alınıb.
Xeber.ge xəbər verir ki,Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinə istinadən verdiyi məlumata görə, hər iki zəlzələ ölkənin şərqində, Axmeta şəhəri yaxınlığında baş verib.
Seysmoloqların məlumatına əsasən, yeraltı təkanların parametrləri aşağıdakı kimidir:
· Birinci təkan: Diklo kəndi yaxınlığında qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3 təşkil edib.
· İkinci təkan: Doçu kəndi yaxınlığında baş verib. Bu təkanın gücü isə 3.6 maqnituadadır.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb. Yeraltı təkanlar episentrə yaxın yaşayış məntəqələrində hiss olunub.