“Hökumətin QHT-lərdən fərqli olaraq şəffaflıq problemi yoxdur”

Sep 6, 2025 - 17:56
 0  17
“Hökumətin QHT-lərdən fərqli olaraq şəffaflıq problemi yoxdur”

"Nə hökumət, nə də ayrı-ayrı nazirliklər şəffaflıq problemi ilə üzləşmir. Onun sözlərinə görə, dövlət strukturları həm şəffaf, həm də “təmiz” işləyir, məhz buna görə də belə problem mövcud deyil."

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Kobaxidze QHT-ləri ittiham edərək qeyd edib ki, onların fəaliyyətində şəffaflıq problemi var, çünki milli maraqlara xidmət etmirlər və əksinə, ölkənin maraqlarına qarşı çıxırlar. Baş nazirin sözlərinə görə, QHT-lərin nümayəndələri anti-dövlət aksiyalarda birbaşa iştirak edirdilər və buna görə də öz maliyyə mənbələrini gizlədirlər.

“Hansısa ölkədən maliyyələşən siyasət qəbulolunmazdır. Bu, konstitusion standartlara ziddir. QHT nümayəndələrinin siyasi aksiyalarda iştirakı deməkdir ki, ölkənin xaricindən siyasət maliyyələşdirilir. Xüsusilə radikal siyasətin xaricdən maliyyələşməsi yolverilməzdir. Gürcü siyasətinə kənardan heç kimin qarışmağa haqqı yoxdur. Bu gün artıq düzgün qanunvericilik və düzgün praktika formalaşıb”, – deyə Kobaxidze vurğulayıb.

mənbə: interpress