Gürcüstanda iki gənc azyaşlıya qarşı zorakılıq etdikləri üçün saxlanılıb

Feb 13, 2026 - 12:22
 0  10
Gürcüstanda iki gənc azyaşlıya qarşı zorakılıq etdikləri üçün saxlanılıb

Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsdən sağlamlığa yüngül zərər vurma, zorakılıq və hədə-qorxu gəlmə ittihamı ilə iki nəfər saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, saxlanılanlar 1998-ci il təvəllüdlü Q.N. və əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü M.N.-dir.

Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər aralarında əvvəllər mövcud olmuş münaqişə zəminində 2004-cü il təvəllüdlü M.Z.-yə fiziki təzyiq göstərib və soyuq silahla xəsarət yetiriblər. Hadisədən dərhal sonra şübhəli şəxslər ərazidən qaçıblar. Polis tərəfindən keçirilən tədbirlər nəticəsində hər iki şəxs qısa müddətdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci (sağlamlığa qəsdən yüngül zərər vurma), 126-cı (zorakılıq) və 151-ci (hədə-qorxu) maddələri ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsləri 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.