Tbilisidə klinikada surroqat ana doğuşdan sonra vəfat edib

Nov 26, 2026 - 21:44
 0  24
Tbilisidə klinikada surroqat ana doğuşdan sonra vəfat edib

 Birinci Universitet Klinikasında surroqat ana doğuşdan sonra vəfat edib. Hadisə 12 noyabr tarixində baş verib.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyindən "TV Pirveli"yə verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) üzrə istintaq aparılır.

Ananın ölümü barədə xəbəri ilk olaraq "Azadlıq Radiosu" yayıb. Media qurumu qeyd edir ki, Daxili İşlər Nazirliyi hadisəni 13 gün ərzində təsdiqləməyib.