Qurcaani bazarında qanlı hesablaşma

Feb 13, 2026 - 12:17
 0  16
Qurcaani bazarında qanlı hesablaşma

Gürcüstanın Kaxeti bölgəsində ağır cinayət hadisəsi baş verib. Qurcaani şəhərindəki kənd təsərrüfatı bazarında baş verən insident zamanı bir nəfər ağır xəsarət alıb.

Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü L.O. "isti izlərlə" saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 12 fevral tarixində bazar ərazisində aralarında yaranmış mübahisə zəminində soyuq silahdan istifadə edərək 1960-cı il təvəllüdlü Z.B.-yə ağır xəsarətlər yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq başladılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.