Gürcüstanda gələn aydan əcnəbilərin əmək fəaliyyəti məhdudlaşdırılacaq

Feb 13, 2026 - 12:02
 0  11
Gürcüstanda gələn aydan əcnəbilərin əmək fəaliyyəti məhdudlaşdırılacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, 1 mart 2026-cı ildən etibarən əcnəbilərin Gürcüstanda əmək fəaliyyəti qanunvericiliklə əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.

Baş nazirin sözlərinə görə, bu addım ölkə iqtisadiyyatının və Gürcüstan vətəndaşlarının maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.

İ.Kobaxidze vurğulayıb ki, hökumət qəbul edilən qanunun icrasına görə tam məsuliyyəti öz üzərinə götürür və onun effektiv tətbiqi üçün bütün zəruri mexanizmlər işə salınacaq.

Baş nazir, həmçinin xatırladıb ki, 2017-ci ildə Gürcüstan Konstitusiyasına edilən dəyişikliklə kənd təsərrüfatı təyinatlı torpaqların əcnəbilərə özgəninkiləşdirilməsi qadağan edilib.

"Gürcüstanın milli və dini kimliyinin qorunması ən vacib milli vəzifələrimizdən biridir. Gürcüstan hökuməti bu dəyərlərin qorunması üçün bütün zəruri addımları atacaq", – deyə Kobaxidze vurğulayıb.

Hökumətin bu qərarı ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi və strateji resursların qorunması istiqamətində atılan addımlar çərçivəsində qiymətləndirilir.

mənbə: report