İkinci mərtəbədən yıxılan azyaşlı ağır vəziyyətdə Tbilisiyə gətirilib

Jul 19, 2026 - 18:52
 0  36
İkinci mərtəbədən yıxılan azyaşlı ağır vəziyyətdə Tbilisiyə gətirilib

Dedoplistskaro şəhərində 4 yaşlı uşaq binanın ikinci mərtəbəsindən yıxılıb. Hadisə bu gün səhər saatlarında Hereti küçəsində baş verib.

XƏBƏR.GE xeber verir ki, azyaşlı çoxsaylı xəsarətlərlə (politravma) təcili tibbi yardım briqadası tərəfindən yerli klinikaya çatdırılıb və orada ona ilkin tibbi yardım göstərilib.

Mövcud məlumatlara görə, uşağın baş nahiyəsində ixtisaslaşdırılmış müayinənin aparılmasına ehtiyac yaranıb. Bu səbəbdən o, katastrofa (reanimasiya) briqadası tərəfindən Tbilisiyə, İnqoroqva klinikasına köçürülüb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.