Gürcüstanda havanın əhəmiyyətli dərəcədə pisləşməsi gözlənilmir

Gürcüstanda yaxın günlərdə hava şəraitinin kəskin pisləşməsi gözlənilmir.
Bu barədə Milli Ətraf Mühit Agentliyinin Monitorinq və Proqnozlaşdırma Mərkəzinin qısamüddətli proqnozlar şöbəsinin rəhbəri Dodo Qvazava bildirib.
Onun sözlərinə görə, martın 4-ü günün ikinci yarısından etibarən hava açılacaq və Tbilisidə temperatur +13 - +15 dərəcəyə çata bilər.
“Bu gün və sabah Gürcüstanın əksər bölgələrində yağıntı müşahidə olunacaq. 4 martın ilk yarısına qədər Qərbi Gürcüstanın böyük hissəsində yağıntı gözlənilir, dağlıq və yüksək dağlıq rayonlarda qar yağacaq. Bəzi yerlərdə qərb küləyi güclənə bilər. Sabah düzənlik ərazilərdə havanın temperaturu +2 - +7 dərəcə, dağlıq rayonlarda -5, yüksək dağlıq bölgələrdə isə -5 dərəcə olacaq. 4 martın ikinci yarısından etibarən hava açılacaq və bir-iki gün ərzində yağıntı gözlənilmir. Gecə saatlarında şaxta bir qədər artacaq, düzənlik rayonlarda temperatur -3-dən -5 dərəcəyə enəcək. 5-6-7 martda isə Qərbi Gürcüstanın düzən və sahil bölgələrində -3-dən -5 dərəcəyə qədər şaxta olacaq. Dağlıq bölgələrdə -5 və -10, yüksək dağlıq ərazilərdə isə -12 dərəcə gözlənilir.7 martda bəzi yerlərdə yağıntı ehtimalı var, lakin temperaturun azalması gözlənilmir.”, - deyə Dodo Qvazava bildirib.
Onun sözlərinə görə, 9 martadək Qərbi Gürcüstanda əhəmiyyətli yağıntı gözlənilmir. 7-9 mart tarixlərində düzən və sahil bölgələrində gecə saatlarında şaxtanın azalacağı, 8 və 9 martda isə gündüz temperaturun +10 - +15 dərəcəyə çatacağı ehtimal edilir.
Tbilisidə isə bu axşam yağış və sulu qar ehtimalı var. 4 martdan etibarən qərb küləyi əsəcək. 5 martda gecə saatlarında şaxta -1 və -3 dərəcə arasında olacaq, lakin gündüz temperatur artacaq. 5-9 mart tarixlərində Tbilisidə temperatur +7 - +13 dərəcə arasında dəyişəcək, həftəsonu isə +15 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır.
mənbə: Interpress