Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı həbs edildi

Nov 27, 2025 - 12:05
 0  5
Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı həbs edildi

Daxili İşlər Nazirliyinin məlumatına görə, İnterpol tərəfindən qırmızı bildirişlə axtarılan Türkiyə Respublikasının vətəndaşı - 1991-ci il doğumlu E.D. Kobuletidə həbs edilib.

Xeber.ge xəbər verir ki, "Qanun pozucusu İnterpolun qırmızı bildirişi ilə, 2025-ci il 17 oktyabr tarixindən etibarən Türkiyədə törədilmiş qəsdən adam öldürmə və qəsdən bədən xəsarəti ittihamı ilə axtarılırdı.

Hal-hazırda həbs edilən şəxsə qarşı qanunla nəzərdə tutulmuş, ekstradisiya əvvəli prosedurlar həyata keçirilir". - DİN yazır.