Sameqrelo bölgəsində 72 yaşlı şəxs həbs edilib

Oct 28, 2025 - 21:53
 0  24
Sameqrelo bölgəsində 72 yaşlı şəxs həbs edilib

Sameqrelo bölgəsində 72 yaşlı kişi, 15 yaşlı qıza qarşı əxlaqsız hərəkət və hədə-qorxu ittihamı ilə həbs edilib.

Xeber.ge xeber  verir ki, hadisə Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilib.

Qurumda bildiriblər ki, Cinayət Məcəlləsinin 141-ci (yetkinlik yaşına çatmayana qarşı əxlaqsız hərəkət) və 151-ci (hədə-qorxu) maddələri ilə istintaq aparılır.

Yerli sakinlərin sözlərinə görə, hadisə 4 il ərzində davam edib və 72 yaşlı kişi yetkinlik yaşına çatmayan qızı ölümlə hədələyib və ona ailə üzvlərini öldürəcəyini deyərək qorxudub.

Qonşular hadisədən xəbərdar olduqdan sonra, kişini kəndi tərk etməyə məcbur ediblər. Yerli sakinlər tələb edirlər ki, ona ömürlük həbs cəzası verilsin".