Cako Çarkviani və daha 4 nəfər həbs edilib

Nov 7, 2025 - 20:47
 0  24
Cako Çarkviani və daha 4 nəfər həbs edilib

Cako Çarkviani və daha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatoşvili, qrup halında zorakılıqda iştirak ittihamı ilə saxlanılan Cako Çarkviani, Şota Aptsiauri, Daçi Keklia, Levan Grdzelidze və David Petriashvili barəsində həbs qətimkan tədbiri seçib.

Xeber.ge xeber  verir ki, prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxslərin gizlənməsi, yeni cinayət törətməsi və ya şahidlərə təzyiq göstərməsi riski var. Buna görə də prokurorluq məhkəmədən ən sərt qətimkan tədbirinin tətbiq edilməsini tələb edib.

Vəkillər isə müxtəlif məbləğdə girov müqabilində azadlığa buraxılmalarını xahiş ediblər, lakin hakim prokurorluğun vəsatətini təmin edib.

Eyni iş üzrə bu gün, noyabrın 7-də, qrup halında zorakılığın təşkilində ittiham olunan “Gürcü Arzusu” tərəfdarı Manço Giorgobian barəsində də həbs qətimkan tədbiri seçilib.