“Gürcü Arzusunun” Tramp administrasiyasına məktubu təhqiramiz və təhdidedici idi, Vaşinqtonda çox pis qarşılandı

ABŞ-ın Gürcüstandakı səfiri Robin Danigan bildirib ki, “Gürcü Arzusu” rəhbərliyinin prezident Donald Trampın administrasiyasına göndərdiyi qapalı məktub “təhdit dolu, təhqiramiz, qeyri-ciddi və Vaşinqtonda son dərəcə pis qarşılanan” bir sənəd idi.
Bu barədə “Radio Tavisupleba”ya (Azadlıq Radiosu) verdiyi müsahibədə danışıb.
Səfirin sözlərinə görə, Vaşinqtondakı insanlar belə bir məktubun göndərilməsindən çox təəccübləniblər:
“Üç gün sonra – və qeyd etmək istəyirəm ki, normalda bu barədə danışmıram, amma baş nazir özü açıqladı – “Gürcü Arzusu” rəhbərliyi Tramp administrasiyasına mənim vasitəmlə şəxsi məktub göndərdi. Bu, açıq məktub deyildi. Açıq şəkildə deyirəm – o məktub təhdidedici, təhqiramiz, qeyri-ciddi və Vaşinqtonda son dərəcə pis qarşılandı... O qədər pis ki, cavab hazırlamaq üçün bizə bir qədər vaxt lazım oldu. Düzünü desəm, insanlar belə bir məktubun bir ölkə tərəfindən ABŞ-a göndərilməsindən çox təəccüblənmişdilər.”
Danigan həmçinin bildirib ki, həmin müddətdə “Gürcü Arzusu” hökuməti Vaşinqtonun cavabını gözləmədən açıq məktub dərc etdi.
“Bu arada, biz cavab üzərində düşünürdük və baş nazir açıq məktubu yayımladı. Mən də baş nazirə getdim və dedim ki, dövlət katibi (o vaxt) Rubio-dan cavab var və xahişi var ki, onu Bidzina İvanişviliyə çatdırım. İvanişvili isə bundan imtina etdi.”
Robin Danigan əlavə edib ki, baş nazir İrakli Kobaxidze ilə istənilən vaxt görüşə hazırdır, amma “onun tərəfindən ayrıca belə bir görüş istənilməyib.”
mənbə: interpress
“Radio Tavisupleba”nın dəqiqləşdirici sualına – niyə həmin mesaj İvanişviliyə, yoxsa baş nazirə ünvanlanmalı idi – Danigan belə cavab verib:
“Düşünürəm ki, dünyada əksər insanlar çox yaxşı bilir ki, hökuməti idarə edən şəxs Bidzina İvanişvilidir.”
Səfir həmçinin qeyd edib ki, Donald Trampın inauqurasiyasından sonra Vaşinqtona yollanaraq yeni administrasiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşüb, Gürcüstana münasibət və siyasət barədə danışıb və konkret olaraq onların Gürcüstan hökumətinə hansı ilk mesajı vermək istədiyini öyrənib.
“Mən həmin görüşlərdən qayıdanda xarici işlər naziri Maka Boçorişvili ilə görüşdüm və çox aydın şəkildə 2-3 addımı təqdim etdim ki, “Gürcü Arzusu” bu addımları atmaqla münasibətlərin düzgün yoluna qayıtmasına kömək edəcəkdi.”
Gürcüstanı iyul ayında tərk edəcək Robin Danigan əlavə edib ki, ABŞ-Gürcüstan münasibətlərinin “düzgün yoluna qayıtması çətin deyil” və bunun üçün ilk növbədə “anti-Amerika ritorikasının dayandırılması” tələb olunur.
“Gürcü Arzusu” ABŞ haqqında bir çox yalanlar danışır – guya biz burda ikinci cəbhə açmağa çalışırdıq – yalandır; guya mənim sələfim burada inqilab törətmək istəyirdi – yalandır; guya bizim strateji tərəfdaşlığımız kağız üzərindədir– yalandır. Mən bu siyahını sonsuzadək davam etdirə bilərəm,” – deyə ABŞ səfiri bildirib.