Nənəsini öldürən şəxs saxlanıldı - DİN bəzi təfərrüatları açıqladı -VİDEO
Kaspi bələdiyyəsində baş vermiş 85 yaşlı qadının qətli ilə bağlı 1989-cu il təvəllüdlü G.M. saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub.
İlkin istintaq G.M.-nin 1940-cı il təvəllüdlü N.M.-yə baş nahiyəsinə küt alətlə ağır xəsarət yetirdiyini və nəticədə qadının həyatını itirdiyini müəyyən edib. Cinayətdən sonra şübhəli hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları operativ əməliyyat-axtarış tədbirləri nəticəsində onu isti izlərlə saxlayıb.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır. Bu maddə ilə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.
mənbə: interpress